Torpaq sürüşməsi nəticəsində Gürcüstanda dəmir yollarında qatarların hərəkəti dayanıb

2-07-2023, 00:06           
Torpaq sürüşməsi nəticəsində Gürcüstanda dəmir yollarında qatarların hərəkəti dayanıb
İyulun 1-də Tbilisidən Batumiyə, eləcə də ölkənin 4 regionuna və əks istiqamətə gedən qatarların hərəkəti dayanıb.

AZƏRTAC xəbər verir ki, buna güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşmələri səbəb olub.

“Gürcüstan Dəmir Yolları” İdarəsindən bildirilib ki, Batumidən İrəvana gedən qatarın da hərəkəti dayanıb. Əsas problem Marelisi və Xaraquli dəmir yolu stansiyaları ərazilərində qeydə alınıb. Güclü leysan yağışları dəmir yolu boyunca elektrik xətlərini də sıradan çıxarıb.

Dəmir yolunda hərəkətin nə zaman bərpa olunacağı məlum deyil.

Hazırda qatarlardakı sərnişinlərin avtobus və digər nəqliyyat vasitələri ilə mənzil başına çatdırılması istiqamətində iş aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru