YOL TİKMƏK VƏ DÖVLƏTÇİLİK

2-07-2023, 09:08           
YOL TİKMƏK VƏ DÖVLƏTÇİLİK
Birinci və ikinci şəkildə Şamaxı-İsmayıllı yolu, XXI yüzillkdə rekonstruksiya olunmamış olmaz. Üçüncü şəkildə İtaliyadakı məşhur Appius yolu, 2 000 il öncə tikilib, Romadan cənuba aparır, indiyə kimi işləkdir, çağdaş yol standartlarına uyğun olmasa da. Bu yol qədim Roma siyasətçisi, onu tikən konsul Appius Claudius Pulcherin adını daşıyır.
Yol, bina, istehkam, körpü, qala, şəhər tikmək, ölkənin camaatını dolandırmaq, qarnını tox eləmək dövlətçiliyə aid ümdə vəzifələrin bir hissəsidir. Tikmək deyirəm, tikmək adına pulunu yemək yox.
Dövlətçilikdən basıb-bağlamaq asandır, bir işi fərli görmək, məsələn, yol tikmək, kasıbın qarnını doyuzdurmaq daha çətin.
Dövlətini istəyən yolu-körpünü yaxşı tikər.
Misirin məmlük sultanı I Bəybarsın (1223- 1277) tikdirdiyi və adını daşıyan körpü indiyəcən durur. İsrailin ərazisindədir, üstündən çağdaş asfalt yol keçir. Ortaçağ salnaməçiləri Əl-Ayni, ən-Nüvayri və b. onun qıpçaq, toksoba/dortoba nəslindən olduğunu, Volqa və Ural çayları arasındakı ərazidə doğulduğunu yazırlar.
Bunlar yeyib doyublar, hərrü...
Hər kəs tarixdə əməlləriylə qalıb, qalacaq.
Чингиз Султансой
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru