Balıq ovlamaq qadağası bitdi? - VİDEO

2-07-2023, 10:16           
Balıq ovlamaq qadağası bitdi? - VİDEO
Balıq ovuna qoyulan müvəqqəti qadağa bitdi. Amma təkcə həvəskar balıqçılar üçün. Digərləri isə balıq ovlamaq üçün hələ sentyabrın 1-ni gözləməlidir.

“Xezerxeber.az”ın xəbərinə görə, Zoologiya İnsititu Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə ölkədə may ayından başlayaraq sentyabrın 1-dək balıq ovlamaq qadağan olunub. Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır. Ancaq bu gündən həvəskar balıqçılara balıq ovlamağa icazə verildi.

Balıqçılar bildirdilər ki, onlar üçün qadağa bitsə də, əməl etməli olduqları qaydalar var.

Dosent Süleyman Süleymanov deyir ki, artıq bir çox balıqlar kürülərini tökdüyündən həvəskar balıqçıların ovu gələcəkdə balıq ehtiyyatının azalmasına təsir göstərməyəcək.
Ölkədə balıqların sənaye məqsədilə ovlanması qadağası isə sentyabr ayınadək davam edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru