Vətəndaşların CİBİNƏ GİRƏN “MTK”LAR: - Sayğaclara görə yığılan pullar hara gedir?

3-07-2023, 15:03           
Vətəndaşların CİBİNƏ GİRƏN “MTK”LAR: -
“Yeni tikilən binalarda vətəndaşların məlumatsızlığından istifadə edərək onlardan mənzillərinə quralşdırılan sayğaclara görə pul yığılır. Bu, qanuna ziddir”.

TEREF.AZ bildirir ki, bunu iqtisadçı ekspert Nazim Bəydəmirli Yencag.az-a açıqlamasında deyib.

Ekspert yeni tikilən binalarda sayğaclara görə pul yığılmasının qeyri-qanuni olduğunu bildirib:

“Müxtəlif tikinti şirkətləri (MTK) yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən qeyri-qanuni şəkildə pul tələb edirlər. Qanunvericiliyə uyğun olaraq fiziki şəxslərə sayğacların quraşdırılması dövlət büdcəsi hesabına həyata keçirilməlidir. İşıq, qaz və su sayğaclarını həmin kommunal xidməti göstərən təşkilatlar tərəfindən pulsuz olaraq vətəndaşın mülkiyyətinə quraşdırılır. İstər həyət ev olsun, istərsə də çoxmərtəbəli binadan aldığı mənzil. Binanın ümumi xərcləri bəzən sakinlərin belinə qoyurlar ki, bu da düzgün deyil.

Müqavilərərə baxmaq lazımdır ki, vətəndaş payçı olan zaman evi necə alıb. Sonradan da hər bir şəxsə də ayrıca dövlət qurumları tərəfindən kommunal xidmətilər göstərən təşkilatlar vasitəsi ilə sayğaclar quraşdırılır. Azərbaycanda mənzil məcəlləsinə uyğun olaraq həm özəl mülkiyyətli, həm də zamanında dövlət mülkiyyətində olan binalar var ki, hamısı özəlləşdirilib. Qanunvericilik imkan verir ki, sakinlər bir çox məsələləri özləri icra edə bilər. Amma komendantlar vasitəsi ilə bir çox işlər həyata keçirilir ki, bu da doğru deyil. Bu, əcaib formadadır. Sakinlər özləri toplantı keçirib, həmin binanın şəffaf yolla idarəetməsini həyata keçirə bilərlər. Bu, ictimai əsaslarla reallaşdırıla bilər. Təəssüf ki, belə hüquqlardan vətəndaşlarımız istifadə etməyə meyilli olmurlar. Bu da maariflənmənin zəif olmasının, həm də köhnə sovet dövründənqalma jekidarəetməsinə meyilli olmalarının nəticəsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru