Banklarla bağlı daha bir problem: "Ödənişləri "yeyirlər""

6-07-2023, 15:16           
Banklarla bağlı daha bir problem:
Ölkədə banklara kredit üçün müraciət edən vətəndaşların sayı artır.

Mərkəzi Bankın məlumatına görə, aprel ayının sonu ilə müqayisədə mayda müştərilərin banklara borclu olduqları cəmi kreditlər 279 milyon 642 min manat artıb.

2023-cü ilin ilk 5 ayı ərzində (yanvar-may) bankların cəmi kredit portfeli 1 milyard 64 milyon 914 min manat, o cümlədən biznes kreditləri 315 milyon 744 min manat, istehlak kreditləri 470 milyon 381 min manat, ipoteka kreditləri 278 milyon 798 min manat artıb.

Əhali tərəfindən alınan cəmi istehlak və ipoteka kreditləri 9 milyard 488 milyon 484 min manata çatıb. Bu onu göstərir ki, əhalinin kredit üçün müraciətləri nəinki azalmır, daha da artmaqdadır.

Ancaq burada vətəndaş krediti banka ödədikdən sonra yeni bir problemlə üzləşir. Belə ki, bəzi banklar ödənişlə bağlı vətəndaşa bilərək ödəniş kağızını təsdiq edən sənəd vermir. Bu isə müəyyən müddətdən sonra vətəndaşlar üçün əlavə problemə çevrilir.

Bankların vətəndaşın borcunu ödəməsi ilə bağlı sənəd verməməsində məqsəd nədir?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-eskpert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bu gün banklarda belə hallar var:

“Amma bu, bütün banklara şamil edilmir. Bəzi banklar var ki, ya onların sahibləri, ya da maliyyə resurslarını idarə edən vəzifəli şəxslər müştərilərin ödədiklərini rəsmiyyətə salmır, “yeyirlər”.

Nəticədə fəaliyyətdə olan bankın sistemində vəsaiti borc kimi göstərirlər. Vətəndaş bilmir, elə bilir ki, borcunu ödəyib və üstündən bir neçə il keçir. Dəfələrlə bəyan etmişəm ki, ödəniş sənədlərini 3 il saxlayın. Çünki qanuna görə, bank müştərini 3 il ərzində məhkəməyə verə bilər. Hətta elə hallar olub ki, 10 il keçib, hansısa hüquq-mühafizə orqanı vətəndaşı, sahibkarı dəvət edir və “sənin bu qədər borcun var, yaxud üstünə illər ərzində bu qədər faizlər də gəlib, indi gəl bu borcu ödə” deyir.

Vətəndaş da deyir ki, “mən bu borcu ödəmişəm”. Ödənişin çekini tələb etdikdə isə vətəndaş artıq onu atdığını deyir. Buna baxmayaraq, vətəndaşdan ya çek, ya da borcu ödəməsini tələb edirlər. Ona görə də vətəndaşlar mütləq bankdan arayış tələb etsinlər.

Qeyd edim ki, bu ilin sonunda Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklər qüvvəyə minəcək. Bildirim ki, qanun layihəsinin müəllifi mənəm. Artıq banklar arayışa görə pul tələb edə bilməyəcəklər. Ona görə də vətəndaşlar mütləq arayış alsın və kredit bürosuna da getsin, oradan borclarının bağlanması ilə bağlı sənəd tələb etsinlər. Mənə də bu problemlər bağlı müraciətlər olub”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru