Sahil Babayev 5 uşaq atasına zülm edir - Hacıqabuldan şikayət - VİDEO

10-07-2023, 11:20           
Sahil Babayev 5 uşaq atasına zülm edir - Hacıqabuldan şikayət - VİDEO
Gundeminfo.az-ın redaksiyasına Hacıqabul rayonu 2-ci Meyniman kəndindən Elnur Qafarov redaksiyamıza müraciət edib. Beş oğul atası olan Elnur Qafarov 2 ildir aldığı ünvanlı sosial yardımın kəsilməsindən şikayətçidir.

"Sonuncu dəfə bu ilin yanvar ayında ünvanlı sosial yardım almışam. 1984 cü ildə anadan olmuşam. Kür Su Təchizat idarəsində laborant işləyirəm. Bu il 4 dəfə mənə ünvanlı sosial yardımla bağlı müraciətimə imtina cavabı verilib. Sonuncu müraciətimi 2 aydır göndərmişəm, cavab yoxdur. Allaha and olsun ki, quru çörəyə belə möhtacam" deyə Hacıqabul Sakini Elnur Qafarov GUNDEMİNFO.AZ-a etdiyi müraciətində qeyd edir.

Hacıqabul sakini Azərbbaycan Prezidnetninə müraciət edərək ona kömək olunmasını istəyir. Daha ətraslı GUNDEMİNFO TV -nin Youtube kanalında Razı Abasbəylinin təqdimatında:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru