Surqutda azərbaycanlılar ermənini xilas etdilər

27-06-2016, 12:02           
Surqutda azərbaycanlılar ermənini xilas etdilər
Rusiyanın Tümen vilayətinə daxil olan Xantı-Mansiysk muxtar dairəsinin Surqut şəhərində bir müddət öncə keçirilən milli mədəniyyət festivalında erməni təmsilçinin vəziyyəti qəfildən pisləşib.

Verilən xəbərə əsasən, ilk olaraq ona festivalda iştirak edən azərbaycanlılar yardım edib. Bu barədə bu günlərdə keçirilmiş tədbirlərdən birində çıxış etmiş "Ararat" milli-mədəni mərkəzinin sədri Armenak Simonyan bildirib.

"Həmyerlimizə yardım edən Azərbaycan təmsilçilərinə bütün erməni xalqı adından təşəkkür etmək istəyirəm. Məgər bu bizim xalqlarımız arasındakı dostluğun bariz nümunəsi deyil? Bu onu sübut edir ki, Surqutda azərbaycanlılar və ermənilər dostluq, qardaşlıq şəraitində yaşayır və bir-birinə dəstək verir. Gəlin bu cür də davam edək", - deyə A.Simonyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru