Hər iki ayağı kəsilən qadından XƏBƏR VAR

27-06-2016, 12:18           
Hər iki ayağı kəsilən qadından XƏBƏR VAR
Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilən, sonradan yenidən sol ayağı əməliyyat olunan Məmmədova Tərlan Həsən qızının vəziyyəti orta ağırdır.
Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya açıqlamasında deyib ki, xəstə bir az özünə gəlib, yaraları təmizdir. Xəstənin sağalması üçün uzun müddət lazım olduğunu deyən A.Şəmsəddinskinin sözlərinə görə, T.Məmmədova sabah palataya köçürüləcək: “Xəstə bayram günlərində reanimasiyada saxlanılıb. Vəziyyəti yavaş-yavaş düzələn xəstə sabah palataya yerləşdiriləcək”.
Mərkəzin direktoru əlavə edib ki, hadisə barədə ekspertizanın rəyi bir neçə günə məlum olacaq. Bu prosesin ən azı bir həftə çəkəcəyini deyən A.Şəmsəddinskinin sözlərinə görə, Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar yaradılan xüsusi komissiyada hazırlanacaq ekspertizanın nəticəsi üçün bir neçə mütəxəssis rəy verməlidir.
Qeyd edək ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.