"Uşaqların dodaqlarından öpməyin!" - Psixoloqdan XƏBƏRDARLIQ

27-06-2016, 14:28           

"Uşaqların məhrəm yerlərinə toxunmaq, bunu bir oyuna çevirmək olmaz".

Bu sözləri NARINC Uşaq Psixologiya Mərkəzinin rəhbəri, tanınmış psixoloq Narınc Rüstəmova deyib.

Bir neçə valideynin sosial şəbəkələrdəki hesablarını analiz edən Narınc xanım hər kəslə öz məyusluğunu paylaşıb.

Həmin xəbərdarlığı olduğu kimi təqdim edirik:

"Dünən axşam bir neçə valideynin profilinə nəzər saldım. Ailəsi, övladlarıyla çox gözəl fotoları vardı. Onlara necə bağlı və sevgidolu olduqları aydın görünürdü. Lakin aralarında bəzi fotolar da gördüm ki, məyus oldum. Başa düşdüm ki, bunun çox dərinliyinə varsaydılar, belə böyük yanlışlığa yol verməzdilər. Qadınlar emosional varlıqlardır, hətta bir atanın profilində belə balaca oğluyla öpüşmə səhnəsinin şahidi oldum. Düşündüm artıq bu barədə danışmağımın vaxtı çatıb. Uşaqların məhrəm yerlərinə toxunmaq, bunu bir oyuna çevirmək olmaz. Tualet və hamam ehtiyaclarını isə maksimum 6 yaşdan sonra özləri etməlidirlər. Oyun şəklində dodaqdan öpüşmə uşaqların cinsi mövzulara münasibəti dəyişə, onların həmyaşıdlarına, həmcinslərinə qarşı cinsi fikirlərinin yaranmasına səbəb ola bilər.

Uşaqlara məhrəm yerlərinə toxunulmazlığı çox kiçik yaşlarından öyrətməliyik. Məhrəmiyyet ilk olaraq, ailədən başlamalıdır ki, model oturuşsun. Əziz valideynlər, xüsusən 3-6 yaş arası uşaqların "mən"inin formalaşan vaxtı ilk ideal gördüyü valideyninə hədsiz sevgi və bağlılığa aldanıb belə səhvlərə yol verməyin. Əmin olun, bu tamamlanmamış məhəbbətin nəticəsidir. Sonrakı peşmanşılıq fayda verməz. İnanın, ətrafda bu qədər mənfi informasiya dolu mühitdə uşaqlar onsuz da erkən cinsəlliklə rastlaşırlar. Bir də Biz yüklənməyək onlara..."
Qaynarinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru