Marketlərdə satılan bu sular həyat mənbəyi deyil, ölüm mənbəyidir – ARAŞDIRMA
27-06-2016, 21:43
Su həyat mənbəyidir. Ona görə də istəyirəm içdiyimiz suyun kefiyyəti,və faydaları haqqında sizlərə məlumat verim.Hələ qədim zamanlarda insanların öz sağlamlıqlarının qayğısına su içməklə qalırdılar. Təmiz su,insanın uzun və sağlam ömür sürməsinə şərait yaradır . Xalq arsında maraqlı bir deyim var,ağac susuz quruduğu kimi,su içməyən insanda tez-tez xəstələnər və ömrü qısa olar. Suyu əbəs yerə həyat mənbəyi adlandırmırlar. Su insan həyatına lazım olan çox mikroelemtləri verir. Suyun insan həyatındakı önəmi saymaqla qurtarmaz. Xüsusilə də bu yay günlərində suyun nə qədər lazımlı olduğuna gəlin birlikdə nəzər salaq.
Əsəbləşdiyinizdə belə insanın su içməyə arzusu yaranır. Su bədənimizin zərərli toksin maddələrdən azad olmasına köməkçi olur. Çəki atdığımuzda dərimizin sallanmasının qarşısını alır. Kiçilən hüceyrələr su ilə şişir, saglam və bərk qalır. Qəbizliyin qarşısını alır. Su yağların bədənimizə yığılmasının da qarşısını alır. Bütün bu sadaladıqlarımız sözsüz təmiz tərkibi olan sulardan istifadə zamanı baş verir.
Amma indi elə bir dövrdə yaşayırıq ki, həyat mənbəyi adlandırdığımız su, həyatımızın sonunu düşündüyümüzdən də tez gətirə bilər.
Bir necə gün öncə Gənclik metrosunun yaxınlığında binanın zirzəmisində saxta su istehsal edildiyi haqqında maraqlı məlumat almışdıq. Yenicag.az saytının araşdırma qrupu deyilən ərazidə olduq.. Metronun lap yaxınlığında 9 mərtəbəli yaşayış binasının zirzəmisindəki bu obyekdə hal-hazırda şirniyyat sexi fəaliyyət göstərir. Şirniyyat sexinin sahibi,iş adamı Sevil Kərimova buranı cəmi 10 gün öncə icarəyə götürdüklərini etiraf edir.:”Biz buranı cəmi 10 gün öncə icarəyə götürmüşük. Şirniyyat sexi iki gündür fəaliyyətə başlayıb.Əvvəlki günlər isə burada təmir işləri həyata keçirdirdik. Bizdən əvvəl həqiqətən burada su istehsal edən firma olub.Adını bilmirəm. Onların fəaliyyətinin qanuni və yaxud qanunsuz olmasını isə deyə bilmərəm.”
Göründüyü kimi ölkəmizdə hələ də suların qanunsuz istehsalı ilə məşğul olanlar var. Həyatlarını pul üzərində quran bu “insancıq”lar öz mənafeləri üçün insan həyatını təhlükəyə belə atırlar. Hələ bir müddət öncə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov afn.az saytına ölkədəki sularla bağlı aparıqları analizləri cavablarını açıqlamışdı.
“Suyun rəngi, dadı, ətri yoxdur. Buna görə də, onun kran suyu və ya təmizlənmiş su olmasını ayırd etmək istehlakçı üçün çox çətindir. Onlardan tez-tez zənglər gəlir. Marketdə 1 lt-ri 30 qəpik və ya 1 lt 8 AZN olan sular var. Zəng edənlər bu suların bir-birindən nə ilə fərqləndiyini soruşur. Diqqət etsək, hər ikisi qazlaşdırılmayan sulardır. Onlar plastik və ya şüşə qablarda satışa çıxarılır. Qiymətlərdəki kəskin fərqlilik suların keyfiyyətindəki problemlərdən xəbər verir. İstehlakçı isə suların hansının keyfiyyətli olmasını ayırd edə bilmir.AİB məsələni araşdırmaq üçün xüsusi bir portativ cihaz əldə edərək keyfiyyətsiz suları üzə çıxarıb. Həmin cihazla biz qablaşdırılmış suların vəziyyətini analiz etdik. Cihazın göstəricisinə görə, 1 lt suda duzların miqdarı 50 mkq olarsa, bu su əla keyfiyyətli hesab olunur. Göstərici 50-100 arasında olduqda bu yaxşı su, 100-250 olarsa, normal, 250-300 mkq isə pis su hesab olunur. Sularda duzların miqdarı 450 mkq-dan yuxarı olduqda su texniki su hesab olunur. Və onu içmək olmaz. Biz bu göstəricilərə əsasən “Bonaqua”, “Badamlı”, “Sirab”, Türkiyə istehsalı olan “Sırma”, “Aquavita”, “Damla”, “Slavyanka”, avtomobillərə tökülən distillə edilmiş suyu və kran suyunu müayinə etdik. Məlum oldu ki, “Bonaqua”da duzların miqdarı 210, “Badamlı”da 205, “Sirab”da 134, “Sırma”da 83-dür. Distillə olunmuş sularda, əslində heç bir duz olmamalıdır. Bu suyu avtomobildə akkumulyatora tökürlər. Buna baxmayaraq, analiz zamanı bu sularda duzların miqdarının 358 mkq olduğu bilindi. Yəni, bu sular kran suyu lə eyni səviyyəyə malikdir. “Aquavita”da duz miqdarı 368 , “Damla”da isə 393, “Slavyanka”larda 326, kran suyunda 329 mkq-dır. İri qablarda qablaşdırılmış “Slavyanka”larda isə duz miqdarı 345 mkq-dır. Bu, onu göstərir ki, istehlakçı mağazadan yalnız “Sırma”nı alıb içə bilər. Qalan sular duzla zəngindir və təmizlənmir. Sadəcə krandan qablara doldurularaq əhaliyə satılır”.
Məsələnin dəqiqləşdirmək üçün yenidən Yenicag.az saytı olaraq Eyyub Hüseynovla əlaqə saxladıq. Bir müddət öncə açıqladıqları analizlər barədə sualı eşidər-eşitməz E.Hüseynov konkret ad cəkməyəcəyini bildirdi:”Keçən araşdırmalarımızdan sonra bizə ciddi şəkildə təzyiqlər oldu.Ona görə də ad çəkmək istəmirəm.Biz yenidən satışda olan suların yenidən labarotor analizlərini həyata keçirdirik. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovla bu məsələ ilə bağlı görüşdük. Mən səmimi deyirəm ölkədə böyük “su mafiyası”var. Onlar mənə hər vasitə ilə mane olmaq istəyirlər. Bizə dəstək verməli olan “Su İstehsalçıları Asosiyasıyası” bizim sonuncu labarator analizlərimizin cavablarını Avropa oyunları qabağı təxribat adlandırdı. Məncə ən böyük təxribatı saxta su istehsal edənlər edir. Biz araşdırmalarımızı davam etdirəcəyik. Vətəndaşlar su alarkən ehtiyyatlı olmalıdırlar. ”
Daha ciddi bir iddia isə Yasamal rayonu ərazisindəki marketlərdən birinin sahibi olan Hafiz Qədimov irəli sürür. Sahibkarın iddiasına görə ölkədəki suların böyük hissəsi saxtadır.”Xarici ölkələrdən demək olar ki,su gətirilmir. Ölkədə satılan suların cəmi 10 faizi xaricdən gətiriılir. Qalan sular Azərbaycanda doldurulur və xarici suların etiketi vurulur. Təsəvvür edin mən Türkiyədən su gətirmək istəyirdim kömrük orqanlarında mənə elə bir məbləğ deyildi ki, mənim gətirmək istədiyim suyun litri 3 manata başa gəlirdi. Onlar su mafiyasına xidmət etdikləri üçün ölkəyə ucuz suların gətirilməsinə imkan vermirlər. Başqa bir məqam ondan ibarətdir ki, bütün şadlıq evlərinin zirzəmilərində su istehsal edilir. Ən dəhşətlisi odur ki, bəzi su istehsalçıları suyu kranlardan deyil, Bakıda olan su quyularından doldururlar. Bu quyulardakı sulardan istifadə etmək qeyri-mümkündür. Onlar keyfiyyətsiz, demək olar ki, kanalizasiya səviyyəsində olan sulardır. Əfsuslar olsun ki, bu quyulardan götürülən suları müxtəlif filtrlərdən keçirərək, qablara doldurub əhaliyə satırlar.Ən maraqlı məqam təbiəti gözəl olan ölkəmizin təbi bulaq suları satışa cıxarılmır. Çünki istər Naxçıvandan,istərsə digər dağlıq bölgələrimizdə olan su istehsalçısı suyu Bakıya gətirməkdə maraqlı deyil. Buna görə də həmin sular Bakıda işbazlar tərəfindən birbaşa həmin su istehsalçısının xeyir duası ilə suyu Bakıda doldurur. Mənim fikrimcə Bakıda bu gün satılan Azərbaycan istehsalı suların bir az keyfiyyətlisi “Damla” suyudur. Yəni, bu gün marketlərə girən istənilən adam bu suların soyuducuları yığılmamasının səbəbini anlayar. Su mafiyası “Damla” sularının böyük marketlərdə satışına mane olur.Amma baxın “Kəhriz”adlı su satışa cıxarılır. Bu su Abşeronda, fiziki şəxs tərəfindən doldurulur. Bu suyun tərkibi adi gözlə bağılanda da çirkli olduğu görsənir. Ancaq baxın,bütün marketlər bu sularıl bəh-bəhlə bizə sırıyır. Mən ona görə öz marketimdə yalnız öz istədiyim və alıcıların istədiyi və kefiyyətinə əmin olduğum suları satıram.”.
Marketlərdəki suların kefiyyətinə nəzər yetirmək üçün bir neçə iri supermarketlərə baş çəkdik. Vitrindəki suların düzülüşü də su mafiyasının öz işində olduğunu açıq şəkildə göstərirdi. Böyük supermarketlərdə hansı suyun soyuduculara yığılması da problemli məsələdir. Aparılan araşdırmadan görünən odur ki, “həyat adlandırılan su ilə həyatımız cətin sınaq qarşısındadır.” Bu su bizi öldürə də bilər. Suların kefiyyətini araşdırdıqdan sonra bu qərara gəldim,əlinizdə içdiyiniz su,evinizdə su krantından gələn sudan əslində bir necə dəfə kefiyyətsizdir. Sağlamlığınızın qədrini bilin,nəzərə alın ki, Bakıda marketlərdə satılan sular heç də həyat deyil….
Həyatdan söz düşmüşkən bildirək ki, Türkiyə istehsalı olan və ən çox satılan “Hayat” Azərbaycanda qadağan olunan sular arasındadır. Dövlət Standartlaşdırma və Patent Komitəsinin may ayında açıqlanan “2015-ciil may ayı ərzində istehlak bazarında aparılan monitorinqin nəticələri barədə statistik məlumat”da göstərilir ki, “Hayat” suyu ümumi mikroorqanizimlərin sayına görə standartın tələblərinə cavab vermir. Fəqət bütün marketlərdə bu suyu tapmaq mümkündür…