300 MƏHBUSUN SAXLANDIĞI BARAKLARDA CƏHƏNNƏM ƏZABI - Anomal hava həbsxanalarda dözülməz vəziyyət yaradıb

8-08-2023, 16:03           
300 MƏHBUSUN SAXLANDIĞI BARAKLARDA CƏHƏNNƏM ƏZABI - Anomal hava həbsxanalarda dözülməz vəziyyət yaradıb
Son günlər ölkə ərazisində havanın kəskin isti keçməsi cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında dözülməz vəziyyət yaradıb.

TEREF.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya Penitensiar Xidmətin 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan bir qrup məhkumun yaxınları bildirib.

Qeyd edək ki, 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələri ən dözülməz şəraiti olan müəssisələrdən sayılır.

Burada məhkumların saxlanıldığı yataqxanalarda nə istilik, nə də soyucudu sistemlər quraşdırılıb.

Qışda soyuqdan əziyyət çəkən məhkumlar yayda isə istinin əzabını yaşayır.

“Bir barakda 300 şəxs saxlanılır. Baraklarda nəinki kondisioner, hətta havalandırma sistemi belə yoxdur. 40 dərəcə istidə 300 nəfərin bir yerdə yatmasını düşünün” deyə məhkum yaxınları Gununsesi.info vasitəsilə Penitensiar Xidmətin yeni rəisi Mirsaleh Seyidova müraciət edib.

Məhkum yaxınları deyir ki, cəza çəkən şəxslər öz hesablarına kondisioner almaq istəsə də lakin müəssisə rəhbərliyi buna razılıq verməyib.

Səbəb kimi isə elektrik enerjisinin pulu göstərilib.

Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini işıqlandırmağa hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru