“10 minə yaxın plan yeri boş qalacaq” - Sensasion iddia

10-08-2023, 00:04           
“10 minə yaxın plan yeri boş qalacaq” -
"Bu il ali məktəblərin böyük sayda, azı 10 minə qədər plan yeri boş qalacaq..."

Yenisabah.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki, bu il universitetlərin plan yeri kəskin şəkildə artıb:

"Yaxın günlərdə ali məktəblərin bakalavr pilləsinə qəbul olmaq üçün ixtisas seçimi başlayır və sabaha abituriyent-4 jurnalı nəşr olar.

Amma məsələ burasındadır ki, bu il ali məktəblərə qəbul plan yeri 60 minə çatıb. Bütün universitetlərin plan yerləri kəskin şəkildə artıb. Amma abituriyentlərin nəticələri, xüsusilə, 200-dən çox bal toplayan abituriyentlərin sayında ciddi fərq yoxdur.

Qüvvədə olan qəbul qaydalarına görə ümumi balı 150 -dən çox olanlar müsabiqəyə qoşulur, amma onlar məhdud ixtisaslar seçə bilər. Bu halda ali məktəblərin böyük sayda, azı 10 minə qədər plan yeri boş qalacaq.

Xüsusilə, 1-ci ixtisas qrupu üzrə 200 bal ilə seçim ixtiyarı verilən ixtisaslardan boş qalanlar çox olacaq.

2018-ci ildə Təhsil haqqında qanuna dəyişiklik edilib və universitetlərin nəzdində "hazırlıq qrupları" yaradılması nəzərdə tutulub. Lakin 5 ildir ki, heç kim bu barədə danışmır. 2 ildir ki, abituriyent 2 jurnalında bu qəbul nəzərdə tutulur, amma həyata keçirilmir.

Ehtimal etmək olar ki, məhz boş qalan plan yerlərinə qəbul məhz "hazırıq qrupları" adı ilə olacaq. Yoxsa azı 10 mindən çox boş qalacaq plan yerlərini doldurmaq üçün müsabiqə şərtini 100 bala salmazlar.."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru