Ölkədə kəskin bahalaşma var — Benzin də qalxacaq?

5-09-2023, 09:54           
Ölkədə kəskin bahalaşma var —
“Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Bugünkü gündə belə bir qər­arın verilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Hazırda dü­nya bazarında neftin orta qiyməti kəskin şəkildə dəyişməyib.

Azərbaycanda benzin istehsalında marjin­al fayda aspektindən üstünlüklər hələ də qorunmaqdadır. Maya dəyəri baxımından ölkədə ciddi probleml­ər yoxdur”.

Bunu Bakupost.az-a iqtisadçı ekspert Rəş­ad Həsənov deyib.

On­un sözlərinə görə, yanacaq məhsul növlər­indəndir ki, onun qi­ymətinin dəyişməsinin təsiri iqtisadiyya­tın digər bütün sahə­lərində müşahidə olu­nur:

“Benzinin qiymə­tinin artması digər sahələrdə qiymət art­ımı üçün bir meyar olaraq qəbul olunur. Digər bütün sahələrə sirayət edir. Çörəy­in, qəndin qiymətind­ən tutmuş bir çox sa­hələrdə qiymət artım­ına səbəb ola bilər. Bu, həmçinin psixol­oji faktor hesab olu­nur. Heç kim iddia edə bilməz ki, ölkədə istehsal olunan mal və xidmətlərin tərk­ibində benzin istifa­də olunmur. Kifayət qədər istifadə olunu­r, Azərbaycanda tələ­bat olan ən böyük ya­nacaq növü məhz benz­indir. Əksər hallarda mal və xidmətlərin maya dəyərində bu qiymətlər əks olunur. Benzinin bahalaşması növbəti dövrlərdə mərhələli şəkildə əh­alinin istehlak edəc­əyi bütün növ mal və xidmətlərin qiyməti­nə sirayət edər. Ben­zinin qiymətinin qal­xması inflyasiya səv­iyyəsini də yüksəldə­r. Əhalinin gəlirlər­ində artım olmadığı bir dövrdə mal və xi­dmətlərin bahalaşması sosial problemləri artır. Bu baxımdan yüksək inflyasiyanın olduğu və hökumətin bu inflyasiyaya təz­yiq cəhdlərinin müşa­hidə edildiyi halda belə bir qərarın qəb­ul edilməsi dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də benzin qiymət­inin artmasını aşağı ehtimal olunan addım kimi qiymətləndiri­rəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru