Azəriqaz İstehsalat Birliyi ,Təmir Tikinti İdarəsi rəisi Kamran Cəfərov və mühasib Rəhmanov Samir üçün növbəti izahat,marifləndirmə və məlumatlandırma!
12-09-2023, 15:36

İşçi yazır : Men Gədəbəyə ezamiyyəyə göndərilmişəm. İdarə mehmanxanada qalmağımla əlaqədar sənəd tələb edir. Bu halda Tovuzdan(????) bu sənədi gətirməliyəm. Ona görə ki Gədəbəydə mehmanxana yoxdur. Bas mühasib ile elaqe saxladim. Dediyine gore mehmanxana sənədini gətirmədiyimiz halda bizə ödənilən məbləğ idarə büdcəsindən ödənildiyi üçün idarə büdcəsinə ziyan dəyir .Nəticədə mənə 108.4 maddəni oxumağı tövsiyyə etdi.
Qeyd: deməli bu halda ya işçi Tovuzda mehmanxanada qalıb,hər gün Gədəbəyə işə gedib qayıtmalıdır,yaxud Tovuz mehmanxanasından saxta sənəd gətirməlidir?!!
Azər Quliyev:
Baş mühasibin bu yazısını və ya tövsiyyəsini aşağıdakı səbəblərə görə əsassız və qanunsuz hesab edirəm:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı qərarında əvvəlki redaksiyadan fərqli olaraq, hal hazırdakı redaksiyada birmənalı olaraq nəzərdə tutulur ki, işçi mehmanxana xərci barədə qəbz təqdim etməsə də işçiyə ezamiyyə pulu 100 faiz ödəməlidir.
2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.4- cü maddəsi nəzərdə tutur ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Yəni, bu maddədə nəzərdə tutulmur ki, işçi mehmanxana xərcləri barədə sənəd təqdim etmədikdə ona, bu məbləğin 50 faizini ödə. Vergi Məcəlləsi bu halda işçiyə 100 faiz ödəmə hissəsini də qadağan etmir. Qanun və Qərar arasında da işçiyə ödənilməli olan ezamiyyə xərcləri barədə də ziddiyyət yoxdur.
3. Baş mühasibin, idarənin bu barədə olan, yəni, " idarənin büdcəsinə ziyan dəyir" kimi fikri də işçinin hüququnun pozulmasıdır, bu işçinin deyil, sizin problemdir. Vergi Məcəlləsinin bu maddəsi də nəzərdə tutur ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.
Zəhmət çəkin oxuyun, Vergi Məcəlləsinin 108.4 - cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 saylı qərarına əməl edin, öz xərcinizi və ya probleminizi, işçi hüququnu pozmadan həyata keçirin. Məcəllə məhz bunu nəzərdı tutur
Bu qanun gəlirdən tutulmalara aiddir, işçiyə ödənilən ezamiyyə pulundan yox.
Mirvari Gahramanli
Teref.az