Valideynlər narazıdır: Mağazalarda məktəbli forması çatışmır? - AÇIQLAMA

12-09-2023, 18:44           
Valideynlər narazıdır:
Yeni dərs ilinin başlamasına bir neçə gün qalıb. Artıq məktəb hazırlıqları yekunlaşmaq üzrədir. Ancaq sosial şəbəkələrdə yayılan məlumatlara görə, valideynlər məktəbli formaların tapmaqda çətinlik çəkir.

Modern.az xəbər verir ki, sosial mediada mağazaların qarşısında sıxlıq yaranması barədə fotolar və məlumatlar yayılıb.

Bu, məktəbli formalarının çatışmazlığı barədə müzakirələrə səbəb olub. Bir sıra valideynlər isə məktəbli formalarının baha olmasından, digərləri isə formalarının ölçülərinin olmamasından şikayət edir.

Məsələ ilə bağlı “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov ilə ələqə saxladıq. O deyir ki, şəhərin, demək olar ki, bütün yerində mağazalar var.

"Elə də sıxlıq yoxdur. Məktəbin başlamasına 3-4 qalmış gələndə istər-istəməz sıxlıq olacaq. Biz il boyu işləyirik. Amma bura gələnlər 1 həftə qalmış gəlirlər. Bizim bütün məhsullarımızdan bütün ölçülərdə var. Heç bir çatışmazlıq yoxdur. Bütün mağazalarımız da istirahət günsüz, nahar fasiləsiz, gecə-gündüz işləyirlər. Bu da 15-nə kimi olacaq. Çalışırıq ki, sıxlıq olmasın. Bu gün ayın 12-dir. İki gün qalıb. Valideynlər bu günlərdə gəlirlərsə, sıxlığın yaranması normaldır”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru