Monopolistlər bu gün ərzaq bazarında elə bir sistem yaradılıb ki, insanımız ayrı, heyvanımız ayrı sürünür.

13-09-2023, 15:37           
Monopolistlər bu gün ərzaq bazarında elə bir sistem yaradılıb ki, insanımız ayrı, heyvanımız ayrı sürünür.
Uzun müddətdir Lənkəran şəhərinin küçələrini sahibsiz itlər bəzəyir və bunların sayı durmadan artmağda davam edir. Bu itlər insan həyatı üçün ciddi təhlükə mənbəyidir. Xususən də özlərini müdafiə edə bilməyən azyaşlılara. Gün olmur ki, sahibsiz itlərin uşaqlara hücumu ilə bağlı bir xəbər oxumayaq.
Təkcə uşaqlar deyil, eyni zamanda biz böyüklər də bezara gəlmişik artıq. Axşamüstü küçədə yeriməyə qorxar olmuşuq itlərin əlindən. Bu itlər quduzluqla yanaşı bir sıra xəstəliklərin, bit və gənələrin də mənbəyidir. Mən bir insan olaraq onlara ciddi xəsarət yetirməyin və ya güllələnməyinin tərəfdarı deyiləm. Bu dünya sadəcə insanlara məxsus deyil. Onlar da canlıdır yaşamaq haqqları var bizlər kimi.
Sadəcə aidiyyatı qurumlar bir tədbir görməlidir. Bir zamanlar güellələyib öldürmək deyil çarəsi. “Qısırlaşdırma” deyilən bir üsul mövcuddur. Bunu küçə heyvanlarına tətbiq etsələr, və onlar üçün bir yer hazırlasalar bizlər də əlimizdən gəldiyi qədər yardım edə və onları sahiblənə bilərik. Heyvanı
bəyəm günahlandırmaq olar ki? O bunu bilincsiz bir şəkildə edir. Həm insanlara həm heyvanlara zulm etməkdənsə bununla məşğul olmaq lazımdır! Burda səhv onlara qayğı göstərməyən şəhərin epidimialoju sanitar xidmət təşkilatlarındadır. Bildiyimiz kimi dövlətin bu sahəyə ayırdığı qayğıya baxmayaraq niyə aidiyyatlı qurumlar yazığ itləri ac və susuz halda öz taleləri ilə baş-başa buraxır?! Bununla kim maraqlanmalıdır? Biz bir vətəndaş olaraq əlimizdən gəldiyi qədər yardım edirik təbii ki, amma o da bir yerə qədər. Bu gün heyvan yemləri marketlərdə od qiymətinə qalxıb. Artıq bu qiymətlər bahalaşmaqda bizim ərzaqlarla tam rəqabət aprırlar. Monopolistlər bu gün ərzaq bazarında elə bir sistem yaradılıb ki, insanımız ayrı, heyvanımız ayrı sürünür.
Leyla
Xüsusi müxbir
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru