Bura Binə Savxoz qəsəbəsinin Lələtəpə massividir. Sakinlər evlərinin yanındakı boş ərazinin zibilliklə aşıb-daşmasından şikayətçidir. Onların sözlərinə görə, üfunət iyindən pəncərələrini aça bilmirlər. Hər gün yandırılan zibilə görə hər an zəhərlənməkdən narahat olduqlarını deyirlər.