Səkkiz aylıq xarici ticarət

16-09-2023, 08:14           
Səkkiz aylıq xarici ticarət
Səkkiz aylıq xarici ticarət statistikası yayılıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycan 2023-cü ilin yanvar-avqust aylarında 194 ölkə ilə ticarət aparıb, ixrac 24,3 milyard dolları, idxal 11,1 milyard dolları üstələyib, gömrükdən dövlət büdcəsinə 4,1 milyard manatdan çox vəsait ödənib.

Yanvar və iyunda 1,8 milyard, fevralda 2,6 milyard, martda 3,2 milyard, apreldə 4,8 milyard, may və avqustda 3,5 milyard, iyulda 2,8 milyard dollarlıq ixrac qeydə alınıb.

İdxal göstəriciləri belədir: yanvar – 1,4 milyard dollar, fevral və aprel – 1,2 milyard dollar, mart, iyun və iyul – 1,3 milyard dollar, may və avqust – 1,5 milyard dollar.

İxracın 90,9 faizinin neft-qaz sektoruna aid olduğu, idxalda ən böyük payın (19,1 faiz) maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini əhatə etdiyi vurğulanır.

Məlumata əsasən, ixracın 4,4 faizə yaxını MDB ölkələrinə, 65,5 faizindən çoxu Avropa İttifaqı ölkələrinə, 30 faizindən çoxu başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 28,6 faizi, Avropa İttifaqının payı 18,4 faizi, başqa ölkələrin payı 52,8 faizi ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru