"Azərbaycanda inflyasiya 6 faiz'ə kimi azalacaq" - Fitch

16-09-2023, 12:58           
"Azərbaycanda inflyasiya 6 faiz'ə kimi azalacaq" - Fitch
"Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il və 2024-cü ildə inflyasiyanın azalacağını proqnozlaşdırıb.

525.az bu barədə beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Fitch qeyd edib ki, illik inflyasiyanın aşağı düşməsi manatın Azərbaycanın Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarına nisbətən nominal effektiv bahalaşması və dünya ərzaq qiymətlərinin ucuzlaşması ilə bağlıdır. Buna baxmayaraq, ərzaq və qeyri-ticari məhsullar (əsasən xidmətlər) üzrə təzyiqlər güclü olaraq qalır.

"Biz illik inflyasiyanın 2023-cü ilin sonuna qədər AMB-nin hədəf diapazonun tavanına (4±2%) yaxınlaşacağını proqnozlaşdırırıq, beləliklə, orta inflyasiya 2023-cü ildə 10,1%-ə, 2024-cü ildə isə 6%-ə enəcək"- Agentliyin açıqlamasında bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru