Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi niyə işləmir? İLGİNC

11-07-2016, 11:22           
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi niyə işləmir? İLGİNC
Son günlər Gundeminfo.az-ın redaksiyasına Nəqliyyatın İntellektual İdarəetmə Məkzəninin rəsmi internet saytının və informasiya qaynaqlarının işləməməsi barədə şikayətlər daxil olur. Mərkəzin nə rəsmi internet saytı olan niim.az , nə də fasebook-səhifəsi işləmir.

Bakıda turistlərinin sayının artdığı bir zamanda belə bir mühim informasiya qaynağının işləməməsi həm bakılıları, həm də turistləri narahat edir. Qurumun rəsmi saytında «under construktion» sözləri yazılıb.

Lakin saytda açılan səhifə üzərində telefon nömrələri yazılıb. Saytın işləməməsi barədə məlumat almaq üçün Gundeminfo.az-ın əməkdaşları 141 qaynar xəttinə müraciət ediblər. Edilən zəng zamanı Azərbaycan dili üçün 1 düyməsini seçdikdən sonra isə zənglərə cavab verən olmayıb.

Rəsmi olaraq isə sistemin niyə işləmədiyi barədə heç bir açıqlama verilmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru