İcbari tibbi sığortanın tətbiqi gələn ilə qaldı

11-07-2016, 11:57           

“Gələn il ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə nail olacağıq. Ondan sonra həkimlər və xəstələr arasındakı münasibətlər hüquqi müstəviyə keçəcək”.



Bunu açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Millət vəkili bildirib ki, icbari tibbi sığorta ilə bağlı işlər çox sürətlər aparılır: “İcbari Tibbi Sığorta Agentliyi yaradılıb. Hazırda pilot rayon və şəhərin seçilməsi ilə bağlı işlər görülür. Bu ilin sonunda icbari tibbi sığorta pilot layihə kimi tətbiq olunacaq. Bu sahədə işlər qaydasındadır. Yəqin ki, pilot layihə bir il çəkəcək. Bundan sonra bütün ölkə üzrə tətbiq ediləcək”.


AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.