Əhali kredit kartlarından imtina edir – KƏSKİN AZALMA

11-07-2016, 12:21           
Əhali kredit kartlarından imtina edir – KƏSKİN AZALMA
Azərbaycan vətəndaşları kredit kartlarından imtina etməkdədir. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, təkcə may ayında ölkə üzrə kredit kartlarının sayı daha 13 min azalaraq 775 mindən 742 minə düşüb. İlin əvvəlindən isə kredit kartlarının sayında azalma 268 min olub.
Ümummiilikdə Azərbaycanda kredit kartlarının sayı son 16 ayda az qala 2 dəfə azalıb. Belə ki, 2015-ci ilin yanvarında krelit kartlarının sayı 1 322 min olduğu halda indiyədək onların sayı 43,9% azalaraq 742 minə enib.
May ayında ödəniş kartlarının ümumi sayında da təqribən 3,5% azalma olub. Kartların sayı 5 milyon 441 mindən azalaraq 5 milyon 422 minə enib.
Mayda sosial kartlar 4 min ədəd artaraq 2 478 minə, əmək haqqı kartları 38 min ədəd artaraq 1 529 minə çatıb, digər kateqoriyalı kartlar isə 58 min azalaraq 674 minə düşüb.
Ümumilikdə, 2015-ci ilin yanvarından indiyədək ölkə ödəniş kartlarının sayında 10% azalma müşahidə edilir. Belə ki, 2015-ci ilin yanvarın nəticələrinə görə, ölkədə 6 018 min ödəniş kartı vardısa, hazırda bü göstərici 5 422 mindir.
Bu dövrdə kredit kartları 580 min, digər kateqoriyalı kartlar 144 min ədəd azalıb. Sosial kartlar əmək haqqı kartları 37 min, əmək haqqı kartları isə 91 min ədəd artıb.
Müxtəlif ödəniş kartlarınnı sayının dəyipşməsi (min ədəd)
Debet və kreditlərin sayı 2015-ci il Yanvar 2016-cı il May Fərq rəqəmlə Fərq faizlə
Ödəniş kartlarının ümumi sayı 6018 5422 -596 9,90%
Kredit kartlarının sayı 1322 742 -580 43,87%
Sosial kartlar 2441 2478 37 -1,52%
Əmək haqqı kartları 1438 1529 91 -6,33%
Digər kartlar 818 674 -144 17,60%
2015-2016-cı illərdə ölkə üzrə kredit kartlarının sayınnı dəyişməsi
Dövr Say (min ədəd)
2015
1 1 322
2 1 319
3 1 281
4 1 264
5 1 268
6 1 244
7 1 191
8 1 161
9 1 133
10 1 113
11 1 089
12 1 010
2016
1 809
2 792
3 780
4 755
5 742












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.