Azərbaycanda ana ölümlərinin sayı açıqlandı

11-07-2016, 12:28           

Ana ölümlərinin əsas səbəbi ağır preeklampsiya olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ötən il Azərbaycanda 24 ana ölümü baş verib. 2010-cu ildə bu rəqəm 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013 və 2014-cü ildə 25 olub.

teref.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, ana ölümlərinin əsas səbəbi ağır preeklampsiya olub.

Geriyədönməz proses olan preeklampsiya olduqda bütün orqanlarda qansızmalar olur, həyati vacib orqanlarda dəyişiklik gedir.

Ağır preeklampsiyanın müalicəsi olmadığından onun qarşısını almaq üçün mütəmadi olaraq həkim nəzarətində olmaq lazımdır. Əgər qadının hamiləliyi nəzarətdə saxlanılarsa, xəstəliyin diaqnozu erkən mərhələdə qoyularsa və müalicə vaxtında aparılarsa, hamiləlik pozulmur və ölüm baş vermir.

Nazirlikdən bildirilib ki, hamilə qadınlarda bır sıra patalogiyalar ana ölümü riskini artırır. Bunun qarşısını almaq üçün hamilə qadınlar vaxtında qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər. Həmçinin belə halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.