Mübariz Pənahovun "Laba" bazarı yenidən əldə etmək iddiası ilə məhkəməyə müraciət edib?

24-10-2023, 09:31           
Mübariz Pənahovun "Laba" bazarı yenidən əldə etmək iddiası ilə məhkəməyə müraciət edib?
Son günlər Naxçıvandakı iri ticarət mərkəzləri və restoranlarda ardıcıl şəkildə yanğın hadisələri baş verir. Bir neçə gün əvvəl Naxçıvan şəhərindəki “Banu” adlı restoranda yanğın qeydə alındı. Ardınca Şərurdakı restoranlardan birində yanğın oldu. Sonra isə Şərur şəhərinin mərkəzindəki bazar yandı və sahibkarlara xeyli ziyan dəydi.
Bu hadisələr hətta təsadüfən baş versə belə, məsuliyyət Naxçıvan Föqaladə Hallar Nazirliyinin üzərinə düşür. Niyə “obyekt”lərdəki yanğından təhlükəsizlik qaydaları lazımınca əməl olunmur? Cünki oradakı FHN-nin başı qarışıb köhnə tikilən iri ticarət “obyekt”lərindən yeni sənədlər tələb etməyə.
Deyirlər ki, dövlət qurumlarının verdiyi köhnə sənədlər keçərli deyil. Təzədən bizim “qılıncımızın altından” keçməlisiniz. Bizə bu yöndə xeyli sayda şikayətlər olunub. Yaxşısı budur, FHN öz işi ilə əməlli məşğul olsun ki, belə yanğın hadisələri də baş verməsin.
Əldə etdiyim məlumata görə, yanan Şərur bazarı uğrunda hazırda iş adamları arasında hüquqi müstəvidə mübarizə aparılır. Sözügedən bazar “Sədərək” gömrüyünün sabiq rəhbəri - “Laba” ləqəbli Mübariz Pənəhov tərəfindən tikilib və onların mülkiyyətinə aid olub.
Vasif Talıbovun dönəmində bazar onun əlindən alınıb. Hazırda bazar Hacı Qasım adlı iş adamı tərəfindən idarə edilir. Vasif Talıbov vəzifəsindən gedəndən sonra, Mübariz Pənahovun bazarı yenidən əldə etmək iddiası ilə məhkəməyə müraciət etdiyi bildirilir.
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.