Axı NİYƏ?

21-11-2023, 10:56           
Axı NİYƏ?
Son bir neçə ayda 3 dəfə məhkəməyə verilmişəm. Artıq Nizami Rayon Məhkəməsində hamı elə bilir ki, oranın işçisiyəm. Əslində iddiaçı adları arxasında gizlənənlər çox imkanlı adamlardı. Şükürlər olsun ki, bütün proseslərdən qalib çıxmışam. Çünki biz jurnalistika prinsipləri ilə uzlaşmayan heç bir fəaliyyət ortaya qoymuruq.
Məni maraqlandıran başqa məsələdi. Niyə kimi tənqid edirsən dərhal Məhkəməyə qaçır? Prosedur belə olur. Əvvəl yazının silinməsi üçün xahişlər, şirnikləşdirici təkliflər edirlər. Alınmayanda Məhkəməyə əl atırlar. Məhkəmələrin də ilk təklifi bu olur: “yazını silin, barışın”. Alınmayanda, iş gedir ekspertizaya, sonra ardıcıl proseslər. Bir sözlə, vaxt itkisi.
Yaxşı, media ilə cəmiyyət münasibətlərini tənzimləyən qurumlar MEDİA və Mətbuat Şurası niyə bu məsələlərə müdaxilə etmir? Axı, hər xırda məsələyə görə, jurnalist məhkəməyə çəkiləcəksə, onda bu qurumlar nəyə lazımdır?
Başa düşürük, məhkəməyə müraciət etmək hər bir vətəndaşın, qurumun hüququdur. Ancaq media ilə belə davranış həm də ona təzyiq üsuludur. Mən bir çox məsələləri içtimailəşdirmirəm, özüm tək mübarizə aparıram.
Dövlətin imicini düşünərək belə davranıram. Bəs bu adamlar, səlahiyyət sahibləri niyə bunu düşünmür? Ölkədə həqiqi jurnalistika ilə məşğul ilan çox az sayda adam qalıb. Onları da bu üsullarla sıxışdırıb sıradan çıxarmaq üçün bu üsullar seçilirsə, yazıqlar olsun!
Məhəmmədəli Qəribli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.