Bakıda məşhur “zapravka” fantastik məbləğə satışa çıxarıldı (FOTO)
25-11-2023, 00:09
Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən YDM paytaxtın Nəsimi rayonunda yerləşir. 20 yanvar metrosundan 3-cü mikrorayon dairəsində gedən yolda yerləşən müəssisə 5,5 milyon manata təklif olunur. YDM 0,29 hektar ərazidə inşa olunub. Obyektin sahibinin kimliyi məlum deyil.