Bakıda yaşayış binası qəzalı vəziyyətdədir - VİDEO

26-11-2023, 09:26           
Bakıda yaşayış binası qəzalı vəziyyətdədir - VİDEO
Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi 19 ünvanında yerləşən doqquzmərtəbəli bina qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, binanın fasadı uçmaq üzrədir. Burada hər an faciə yaşana bilər.

Binanın sonuncu mərtəbəsində yerləşən mənzillərin eyvanlarının alt hissəsi deformasiyaya uğrayıb. Ev sahibi Zülfiyyə Kərimova deyir ki, mövcud təhlükəyə görə çox narahatdır.

Bina sakinləri də təşviş içərisindədirlər. Bildirirlər ki, aidiyyəti üzrə müraciət etsələr də, nəticəsi yoxdur. Binanın dam örtüyü yararsız halda olduğundan, ən üst mərtəbələrəki evlərə su sızır. Çəkiliş edilən mənzilin tavanından da bunu aydın görmək olur.
Məsələ ilə bağlı 82 saylı Mənzil İstismar İdarəsinin rəisi Rəşad Eldarzadə bildirib ki, problemlərdən məlumatlıdırlar. Qeyd olunub ki, binanın fasadının təmir edilməsi onların səlahiyyətləri daxilində deyil. Bununla belə, Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilib. “Bina təmir planına salınıb”, - deyə o əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru