İkinci sinif şagirdini məktəbdə belə döyüblər? - FOTO

27-11-2023, 00:05           
İkinci sinif şagirdini məktəbdə belə döyüblər? - FOTO
Sosial şəhəbəkələrə ikinci sinif şagirdinin oxuduğu məktəbdə döyülməsi ilə bağlı məlumat yayılıb.

İddialara görə hadisə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 90 nömrəli tam orta məktəbdə baş verib.

Paylaşımda məktəbli qızın üz nahiyəsindən güclü zərbə aldığı görünür.

Adıçəkilən məktəb hələ ki, yayılmış görüntülərə münasibət bildirməyib. Polis isə iddialardan məlumatlıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən paylaşımla bağlı hazırda araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asıllı olaraq əlavə məlumat veriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru