Beş kəndi birləşdirən körpü qəzalı vəziyyətdədir - VİDEO

17-12-2023, 11:15           
Beş kəndi birləşdirən körpü qəzalı vəziyyətdədir - VİDEO
Astarada beş kəndi rayon mərkəzi ilə birləşdirən körpü qəzalı vəziyyətdədir.

Xezerxeber.az xəbər verir ki, intensiv yağıntılar nəticəsində çayda sel sularının çoxalması Astaranın Miki kəndindəki körpünü qəzalı vəziyyətə salıb.

Körpünün alt hissəsində torpaq qatının yuyulması, ərazidə təhlükəli vəziyyət yaradıb.

Körpü, Miki kəndi daxil olmaqla Qələpurqu, Rinəsə, eləcə də Əsxənəkəran və Toradinin rayon mərkəzinə çıxışını təmin edən yeganə yoldur. Körpünün bir istiqamətində torpaq qatının sürüşməsi yolda hərəkət hissəsini darlaşdırıb. Bu səbəbə görə də kəndə ağır yüklərin daşınması mümkünsüz olub.

Sakinlər körpüdə yaranan problemin, körpünün düzgün qurulmamasında görürlər.

Daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru