Yumurtanın qiyməti ilə bağlı MÜHÜM XƏBƏR

18-12-2023, 07:08           
Yumurtanın qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
Rusiya tezliklə Azərbaycan və Türkiyədən rüsumsuz yumurta alacaq.

Bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev bildirib.

Dmitri Patruşev deyib ki, hökumət hesab edir ki, bu, yüksək qiymətləri aşağı salmalıdır:

“Yaxın bir neçə həftə ərzində Rusiya Türkiyə və Azərbaycandan rüsumsuz yumurta alacaq ki, bu da qiymətlərin aşağı düşməsinə kömək edəcək. Yaxın vaxtlarda, artıq bu həftə Azərbaycandan yumurta gəlməlidir. Düşünürəm ki, iki-üç həftədən sonra Türkiyədən yumurtalar müvafiq idxal rüsumu olmadan gələcək ki, bu da bizə qiymətləri tənzimləməyə imkan verəcək”.

Nazir əlavə edib ki, yeni il bayramı ərəfəsində ölkədə yumurta həmişə bahalaşdığından, yeni ildən sonra qiymətlərin ucuzlaşacağına ümid edir.

Qeyd edək ki, Rusiyada yumurta kəskin bahalaşıb./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru