Kliniki Uroloji Xəstəxanaya vergi borcu olan şirkətdən 46 min manata iki paltaryuyan alınır

24-01-2024, 07:44           
Kliniki Uroloji Xəstəxanaya vergi borcu olan şirkətdən 46 min manata iki paltaryuyan alınır
Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası publik hüquqi şəxsinin (TƏBİB) "Maşın və avadanlıqların – paltaryuyan maşınların satın alınması və quraşdırılması" ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

32gun.az xəbər verir ki, tenderin qalibi "RİNOKS" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 46.492 AZN-lik müqavilə imzalanacağı gözlənilir.

Tenderə əsasən xəstəxanada Paltaryuyan maşın (20 və 30 kq olmaqla 2 ədəd) alınmalı, Demontaj və montaj işləri üçün xidmət , Quraşdırılma prosesində yerinə yetirilən inşaat işləri üçün xidmət görülməlidir.

Əldə etdiyimiz digər məlumata görə, "RİNOKS" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12440.42 AZn-lik vergi borcu mövcuddur.

Nizamnamə kapitalı 15 AZN olan "RİNOKS" MMC-nin qanuni təmsilçisi RƏŞAD SƏFƏROV RƏŞİD Oğludur.

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası publik hüquqi şəxsinin direktoru Fariz Babayevdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru