Bu şirkətin kapitalı 41.5 milyon manata qaldırıldı - YENİ RƏHBƏR TƏYİN EDİLDİ

2-02-2024, 18:56           
Bu şirkətin kapitalı 41.5 milyon manata qaldırıldı - YENİ RƏHBƏR TƏYİN EDİLDİ
“Abşeron Invest” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı bir qədər də artırılmaqla 41 milyon manatı keçib.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 7 480 000 manat və ya 22% artırılaraq 41 480 976 manata çatdırılıb.
Bununla belə, şirkətə Rauf Cavadov Zülfüqar oğlu baş icraçı direktor təyin edilib.

Xatırladaq ki, “Abşeron Invest” MMC 2022-ci ilin noyabrında təsis edilib. Şirkət “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) alyans tərəfdaşı olan “Caspian Marine Services” (CMS haqqında ətraflı) Azərbaycandakı bir neçə şirkətinin yerləşdiyi Bakı şəhəri Səbail rayonu, Salyan şossesi , ev 6H, 13-cü km ünvanında qeydiyyata alınıb. Bu ünvanda, “CMS İNVEST” MMC və “CMS PROPERTİES” MMC yerləşir.

Rauf Cavadov “Mörtel” QSC və “CMS PROPERTİES” MMC şirkətlərin maliyyə direktorudur.

Şirkətin bundan öncəki baş icraçı direktoru Vüqar Novruzov İntiqam oğlu idi. O, 2018-ci ildən CMS-ə qoşulub və həmin tarixdən orada Daxili audit üzrə inzibatçıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru