3 saylı ekologiya idarəsinin rəhbərliyi işinin öhdəsindən gələ bilmir?
3-02-2024, 00:16

Və yaxud Elnur Cəlilov rəhbərlik etdiyi qurum Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılmasını həyata keçirən Malik Həsənovla bağlı niyə tədbir görmürlər?
İmişli rayon Göbəktala bələdiyyəsinin ərazisində yerləşən Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılması və çoxsaylı yulğun ağaclarının məhv edilməsi ilə bağlı oxuculara məlumat vermişdik.
AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir ki, Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılmasını həyata keçirən Malik Həsənovun əməllərindən cavabdeh qurumlar xəbərdardır. Bu qurumlardan birncisi isə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarləsidir.
Məlumatda Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılmasından 3 saylı RETSİ rəisi Elnur Cəlilovdan tutmuş müfəttişlərə kimi hər kəsin xəbərdar olduğunu, ancaq məsələyə göz yumduqları bildirilir.
Şahverdili kəndində baş verənlərə 3 saylı RETSİ-nin baş verən qanunsuzluğun qarşısını ala bilməməsinin isə bir neçə səbəbi olar.
Bu səbələrdən biri 3 saylı RETSİ rəhbərliyinin işinin öhdəsindən gələ bilməməsi, digər isə Elnur Cəlilovun və işçilərinin hansısa maraqlara görə səssiz qalmaları ilə bağlıdır.
Qeyd edək ki, yaxın günlərdə ərazidən hazırladığımız video reportajı oxuculara təqdim edəcəyik.