Əmək münasibətlərində hansı sual işçiləri daha çox maraqlandırır?

3-02-2024, 11:08           
Əmək münasibətlərində hansı sual işçiləri daha çox maraqlandırır?
Əmək münasibətlərində bu sual da, işçiləri daha çox maraqlandıran suallardan biridir. Növbə üsulu ilə ümumi olaraq - 12 saatlıq iş rejimində işləyən işçilərin -istirahət və nahar fasiləsi qanunla necə tənzimlənir, istirahət və nahar vaxtı üçün əmək haqqı ödənilirmi?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin təblərinə əsasən qeyd olunan bu əmək münasibəti aşağıdakl qaydada tənzimlənir:
1. İlk olaraq onu qeyd edim ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi növbə üsulu ilə işləyən işçilərə - istirahət və nahar fasiləsi verilməsini, bu Məcəllənin tələblərinə əməl etməklə tərəflərin üzərinə qoyur.
2. İş günü (növbəsi) ərzində işçilərə-istirahət və nahar etmək üçün fasilə verilməlidir, qanunla bu məcburidir.
3. İşçilərə: fasilələrin verilməsi vaxtı, müddəti və davamiyyəti əsasən aşağıda göstərilən sənədlərlə tənzimlənir: əmək müqaviləsi, kollektiv müqavilə, müəssisə daxili intizam qaydaları və növbə cədvəlləri ilə.
4. Əgər, əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla, işçilərə fasilələrin verilmə vaxtı və davamiyyətini əvvəlcədən müəyyən etmək mümkün deyilsə, işəgötürən işçiyə nahar etməyə şərait yaratmağa borcludur.
5. İşçinin bir iş günü ilə - növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir.
6. İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.
7. İş günü (növbəsi) ərzində işçilərə-istirahət və nahar etmək üçün verilən fasilələrin müddəti istehsalın normal gedişinin təmini nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı əsasında təyin edilir.
Azər Quliyev.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.