Azərbaycanın xaricdən aldığı buğda unu 20% ucuzlaşıb

4-02-2024, 12:24           
Azərbaycanın xaricdən aldığı buğda unu 20% ucuzlaşıb
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 20 milyon 167 min ABŞ dolları dəyərində 69 min 887 ton buğda unu idxal edib.Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11 milyon 270 min dollar və ya 2,3 dəfə, həcm baxımından isə 45 min 161 ton və ya 2,8 dəfə çoxdur.2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 8 milyon 898 min dollar dəyərində 24 min 726 ton buğda unu idxal edilib.1 ton unun idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 289 dollar, 2022-ci ilin eyni dövründə 360 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 71 dollar (19,8%) ucuzlaşma baş verib.Ümumilikdə isə 1 kq buğda ununun idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 0,49 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 0,61 manata (1,21 manat ucuzlaşma) başa gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru