Jurnalistə ölüm arzulayan italiyalı nazir müavini oğurlanan rəsm əsərinə görə istefa verdi - FOTO

4-02-2024, 15:34           
Jurnalistə ölüm arzulayan italiyalı nazir müavini oğurlanan rəsm əsərinə görə istefa verdi - FOTO
İtaliyanın mədəniyyət nazirinin müavini, sənətşünas Vittorio Sqarbi 17-ci əsrə aid rəsm əsərinin oğurlanması ilə bağlı aparılan araşdırmalar fonunda qalmaqala, habelə jurnalistə ölüm arzuladığına görə istefa verib.

“Mən dərhal nazir müavini vəzifəsindən istefa verirəm və bu barədə İtaliyanın Baş naziri Corciya Melonini məlumatlandıracağam”, - deyə o bildirib.

Qeyd edək ki, yanvarın əvvəlində Sqarbi dahi rəssam Rutilio Manettinin 17-ci əsrə aid olan və 2013-cü ildə itkin düşən “Müqəddəs Pyotrun tutulması” (“The Capture of Saint Peter”) tablosunu oğurlamaqda şübhəli bilinib: Əsər nazir müavininin evlərindən birində aşkarlanıb.

Nazir müavini, həmçinin, işin araşdırılmasına həsr olunmuş müsahibə zamanı jurnalisti təhqir edərək, “avtomobil qəzasında ölməsini” arzulayıb.
Sqarbi daha sonra üzr istəyib, ardınca isə zarafatla artıq məmur vəzifəsini tutmadığı üçün başqalarına da ölüm arzulaya biləcəyini deyib.

Nazir müavininə qarşı daha bir iş açılıb. O, fransız rəssam Valentin de Bulonun əsərini xaricə qanunsuz satmaq cəhdində ittiham olunur.

Qeyd edək ki, Vittorio Sqarbi dəfələrlə parlamentə seçilib.

Mənbə: Politico












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru