Afrikada kakao qıtlığı şokolad böhranına səbəb ola bilər

6-02-2024, 16:24           
Afrikada kakao qıtlığı şokolad böhranına səbəb ola bilər
Yanvar ayında birjalarda kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. 2023-cü ilin əvvəli ilə müqayisədə füçerslər 60-70% bahalaşıb.

Dünya birjalarında kakao paxlasının qiymətinin rekord dərəcədə artması tünd şokolad qıtlığı yarada bilər. İstehsalçılar şokolad məhsullarının qiymətlərinin 60-70% arta biləcəyi barədə xəbərdarlıq edirlər. Bu, Afrika ölkələrində iqlim dəyişikliyi fonunda məhsul azlığı səbəbindən xammalın qiymətinin kəskin artması ilə bağlıdır.

Mənfəəti qorumaq üçün istehsalçılar kakao yağını daha ucuz yağlarla əvəz etməklə keyfiyyətə qənaət edə bilərlər. Qeyd olunub ki, şokoladın tərkibindəki kakaonun faizini də azaltmaq mümkündür.
Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru