Lənkəranda sakinlər binanın zirzəmisinə dolan çirkab sularından şikayətçidirlər - VİDEO

7-02-2024, 16:08           
Lənkəranda sakinlər binanın zirzəmisinə dolan çirkab sularından şikayətçidirlər - VİDEO
Bir tərəfdən üfunət, digər tərəfdən rütubət. Zirzəmi də ağcaqanadlarla dolub.

Xezerxeber.az-ın məlumatına görə, bu xoşagəlməz mənzərə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi bina 78/9 ünvanındandır.

46 il öncə tikilərək sakinlərin istifadəsinə verilən və 50-ə yaxın ailənin yaşadığı binanın zirzəmisində kanalizasiya suları aşıb-daşır. Bina 10 il əvvəl əsaslı təmir olunsa da, zirzəmidə yerləşən kanalizasiya sistemi düzgün qurulmadığından çirkab sular zirzəmiyə dolur.

Sakinlərin sözünə görə, hər şikayətlərindən sonra Su-kanal Sahəsindən gələrək zirzəmidən suyu çəkirlər, amma bu, problemi həll etmir.
Məsələ ilə bağlı Lənkəran Su-kanal Sahəsinin rəisi Asif Məmmədov bildirib ki, binanın zirzəmisinə çirkli sularla yanaşı qurunt suları da axır. Qurunt suları zirzəmidən xüsusi texnikalarla çəkildikdən sonra qəzalı su boruları tam bərpa olunacaq.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru