Azərbaycanda bu məhsul 59 faiz bahalaşdı - FOTO

8-02-2024, 07:04           
Azərbaycanda bu məhsul 59 faiz bahalaşdı - FOTO
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 49 milyon 629 min ABŞ dolları dəyərində 51 min 388 ton günəbaxan yağı idxal edib.

Referans.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 milyon 238 min dollar və ya 36,4% çox, həcm baxımından isə 8 min 432 ton və ya 14,1% azdır.
2022-ci ilin yanvar-noyabr aylarında xaricdən 36 milyon 391 min dollar dəyərində 59 min 820 ton günəbaxan yağı idxal edilib.
1 ton günəbaxan yağının idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində 966 dollar, 2022-ci ilin eyni dövründə 608 dollar təşkil edib. Qiymətlərdə son bir ildə 357 dollar (58.8%) bahalaşma baş verib.

Ümumilikdə isə 1 kq günəbaxan yağının idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 1,64 manat və 2022-ci ilin yanvar-noyabr aylarında 1,03 manata (0,61 manat bahalaşma) başa gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru