Azərbaycanın xurma ixracının dəyəri 128 milyon dolları ötüb7 Fevral, 15:08
8-02-2024, 11:59
Xurma Azərbaycanın qeyri-neft məhsullarının ixracımda əsaslı paya malikdir. Son illər ərzində xurmanın ixracından gəlirlər artır.Valyuta.az xurma ixracının son illər ərzindəki dinamikası ilə bağlı araşdırma aparıb. 2023-cü ildə xurma ixracında son illərdəki gəlirdən çox gəlir əldə edilib.2023-cü ildə Azərbaycan 164 min 905 ton xurma ixrac edib.Bu həcmdə xurmanın ixrac dəyəri 127 milyon 194 min ABŞ dolları olub.Bu, həcm baxımından 2022-ci illə müqayisədə 17 min 273 ton (11,7%), dəyər baxımından isə 38 milyon 823 min ABŞ dolları (12,2%) çoxdur.Azərbaycan 2022-ci ildə 147 min 632 ton xurma ixrac edib. Bu həcmdə xurmanın ixrac dəyəri 113 milyon 371 min ABŞ dolları olub.Bu, həcm baxımından 2021-ci illə müqayisədə 26 min 526 ton (15,2%), dəyər baxımından isə 12 milyon 524 min ABŞ dolları (9,9%) azdır.2021-ci ildə Azərbaycanın xurma ixracı 2021-ci ildə ölkədən 174 min 158 ton xurma ixrac edilib. Bu həcmdə xurmanın ixrac dəyəri 125 milyon 895 min ABŞ dolları olub. Bu, həcm baxımından 2020-ci illə müqayisədə 48 min 263 ton ( 38,4%), dəyər baxımından isə 34 milyon 309 min ABŞ dolları ( 37,4%) çoxdur.