SİMA-nın hüquqi şəxslərə, vergi sisteminə inteqrasiyası olduqca ləng gedir

9-02-2024, 10:04           
SİMA-nın hüquqi şəxslərə, vergi sisteminə inteqrasiyası olduqca ləng gedir
Bir neçə gün öncə AzİnTelecom rəhbəri Elxan Əzizovun hesabat xarakterli bir müsahibəsi dərc olunmuşdu.
Müsahibədə RİNN-in SİMA rəqəmsal imzasının genişlənməsi, mobil imza sektorunda rəqabətli mühitlə bağlı ciddi mesajlar vardı.
Baxıram ki, ASAN-a dəxli olmayan , hələlik mobil imza bazarında hökmran mövqe tutan "Asan imza"nın sahibi Yana xanım da dərhal açıqlamalar verib.
Geniş açıqlamasının mahiyyəti budur ki, narahatdırlar və mövqeləri vermək fikrində deyillər
"Asan imza"nın AYLIQ gəliri, özünün açıqladığı statistikaya görə milyondan yuxarıdır.
Əlbəttə, hər ay "Asan imza"nın abunəliyindən gələn milyonları yerli bazar oyunçuları ilə bölüşmək asan olmayacaq.
Hələlik isə görünən odur ki, SİMA-nın hüquqi şəxslərə, vergi sisteminə inteqrasiyası olduqca ləng gedir.
Səbəbini AzİnTelecom və DVX , RİNN və İN daha yaxşı bilir.
Osman Gunduz
TEREF: Xocanin Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru