Azərbaycanda islam bankçılığı sistemi reallaşır - VİDEO

9-02-2024, 11:14           
Azərbaycanda islam bankçılığı sistemi reallaşır - VİDEO
Azərbaycanda islam bankçılığı sistemi yaradılacaq.

Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, islam bankçılığı vətəndaşların marağına səbəb olacaq.

Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. Məsələn, vətəndaş bankdan alacağı kredit hesabına biznes qurmağı planlaşdırırsa, əsas məbləğlə yanaşı qazancının müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində bankla bölüşür.

Borca görə dəbbə pulu hesablanmır. Yəni bu bankçılıq sistemi ilə təqdim edilən kreditlərə görə faiz tutulmur. Əgər vətəndaş zəruri sosial yönümlü ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır.

Ətraflı “Xəzər Xəbər”in süjetdində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru