İspaniyalı fermerlər 25 min litr fransız şərabını küçəyə töküblər

9-02-2024, 15:14           
İspaniyalı fermerlər 25 min litr fransız şərabını küçəyə töküblər
İspaniyanın Syudad-Real əyalətində keçirilən etiraz aksiyasında fermerlər 25 min litrdən çox fransız şərabını küçəyə töküblər.

“Report” “ABC” nəşrinə istinadən xəbər verir ki, etiraz aksiyasında bölgə iqtisadiyyatının ən mühüm sahəsinin müdafiəsi üçün çıxış edən 400-dən çox fermer traktorla iştirak ediblər.

Şərab İspaniyanın hidroloji siyasətinə etiraz olaraq küçələrə dağıdılıb. Fermerlər kənd təsərrüfatı sektorunun yaşadığı kritik vəziyyəti də dilə gətiriblər.

Fevralın 6-da İspaniyanın müxtəlif yerlərində fermerlərin etirazları başlayıb. O vaxtdan bəri traktora minən etirazçılar ölkənin bir sıra magistral yollarında nəqliyyatın hərəkətini çətinləşdirib. Aksiyada 10-dan çox adam saxlanılıb, 1 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Fermerlər diqqəti sektorun düşdüyü çətin vəziyyətə yönəltməyə çalışır və Avropanın kənd təsərrüfatı siyasətinə qarşı çıxırlar. Fermerlər aksiyaların önümüzdəki həftələrdə də davam edəcəyini açıqlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru