RİNN-nin tabeli qurumlarından hələlik yalnız Azərpoçt ötən ilin yekunu ilə bağlı hesabat verib.

10-02-2024, 10:14           
RİNN-nin tabeli  qurumlarından hələlik yalnız Azərpoçt ötən ilin yekunu ilə bağlı hesabat verib.
Nazirliyin özü, digər tabeli qurumların hesabatları gözə dəymir.
Sektorda uğurlar da var, çətinliklər, problemlər və hətta yarıtmaz olan sahələr də məlumdur.
Daha maraqlı və ictimai əhəmiyyət kəsb edən, cəmiyyəti daha çox maraqlandıran qurum təbii ki, RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir.
Rəqəmsal hökumətə, innovasiyalara və startap ekosistemə cavabdeh olan bu dövlət qurumunun ötən ilki hesabatını səbirsizliklə gözləyirik.
Bir neçə gün öncə də qurum startapların sayı ilə bağlı nəinki digər dövlət qurumların statistikalarına, ümumiyyətlə reallığa əsaslanmayan rəqəmlər açıqlayıb.
Ümid edirəm yaxın günlərdə sektorun inkişafına cavabdeh qurumların hesabatlarını görə biləcəyik.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru