Beynəlxalq Ana Dili Günü ilə bağlı gecikmiş bir status

23-02-2024, 08:43           
Beynəlxalq Ana Dili Günü ilə bağlı gecikmiş bir status
Prezident İlham Əliyev andiçmə mərasimində Yeni Dövrlə bağlı çağırışlardan danışarkən texnoloji istiqamətin, süni intellekt və rəqəmsallaşmanın prioritet olduğunu bildirib.
Lakin hələlik hökumət Yeni Dövr üçün bu çağırışların necə reallaşacağı haqqında bir konseptual sənəd ortaya çıxara bilməyib.
Məsələn, ötən gün Beynəlxalq Ana Dili Günü idi.
Ana dilimizin rəqəmsal mühitdə tətbiqi ilə bağlı ciddi problem hələ öz həllini tapmayıb.
Xatırladıram ki, indiyədək də Azərbaycan dilinin milli korpusu (Ana dilimizdə indiyədək mövcud olan, elektron formatda toplanmış və sistemləşdirilmiş böyük mətnlər bazası ) hazırlanmayıb .
Ana dilimizdə süni intellekt həllərinin və NLP ( təbii dilin emalı) layihələrin inkişafı üçün, Ana dilimizdəki mətnlərin emalı və riyazi-statistik təhlili üçün, kompüter dilçiliyinin inkişafı üçün milli korpus və onun inkişafı məsələsi mühüm əhəmiyyət kəsb edir.
Bu problemin həlli istiqamətində ayrı-ayrı mütəxəsisslər, qruplar, Universitet və institutlar tərəfindən müəyyən işlər görülsə də problem tam həll olmayıb.
Ötən il ETN-nin İT İnstitutu tərəfindən "Azərbaycan dilinin İKT problemləri" mövzusunda keçirilən bir elmi konfransda AMEA rəhbərliyi Azərbaycan dilinin milli korpusunun yaradılması ilə bağlı ayrıca bir tərbir keçirməyə söz versə də indiyədək bu reallaşmayıb.
Maraqlıdır ki, bu problemin konkret kim tərəfindən həll olunacağı, məsul qurumunu da hələlik hökumət müəyyən etməyib.
Fikrimcə, bu problemin həllinə töhfə verə biləcək qurumlar aşağıdakılardır :
1. Dilçilik İnstitutu
2. İT İnstitutu
3. İdarəetmə Sistemləri İnstitutu (keçmiş Kibernetika )
4. ADA, AzTU və digər universitetlər.
5. Bu sahədə ixtisaslaşan biznes qurumları
Düşünürəm ki, RİNN, AMEA, ETN bu məsələyə ciddi önəm verməli, maraqlı tərəfləri cəlb edərək ortaq bir İşçi Qrup formalaşdırmalı və milli korpusun formalaşması üçün resurslar ayırmalıdır .
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.