Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ barədə...

23-02-2024, 09:44           
Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ barədə...
Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ barədə: sadə və biz işçilərin anlaya bildiyi formada məlumat verməyinizi xahiş edirik. Bu mövzu haqqında işçilər tərəfindən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi suallar daxil olur, baxmayaraq ki, bizimTəşkilat tərəfindən bu barədə dəfələrlə izahat və maarifləndirmə işləri aparılmışdır.
Bu sualla əlaqədar bildirirəm ki, mövcud olan qanunvericiliyə əsasən, güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün aşağıdakı şərtlərin olması vacibdir:
1. Kişilərin 60 yaşa çatması, qadınların isə 59 yaş həddinə çatması(qadınların bu yaş həddi 2027-ci ildən 60 yaş həddində olacaq).
2.Bu şərtlərlə əmək pensiyasına çıxmaqüçün ən azı 25 il sığorta stajı olmalıdır.
3. İşlədiyi peşə və ya vəzifəsinin adının dəqiq olaraq: AR-sı Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşələrin, və vəzifələrin Siyahısında olmalıdır.
4.AR Nazirlər Kabinetinin2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə və vəzifələrin Siyahısında nəzərdə tutulan işlərdə: kişilərin ən azı - 12 il 6 ay, qadınların ən azı - 10 il sığorta stajı olmalıdlr.
5. Fərdi şəxsi hesabının sığorta hissəsində müvafiq məbləğdə pensiya kapitalı olmalıdır.
6. Bir çox hallarda işçiləri haqlı olaraq daha çox maraqlandıran suallardan biri də odur ki, hansı səbəbdən onlar işlədikləri müddətdə: ağır, zərərli, təhlükəli işdə işlədiklərinə, buna görə əlavə əmək haqqı, əlavə məzuniyyət almalarına baxmayaraq, güzəştli şərtlərlə əmək pensiyasına çıxa bilmirlər. Əlbəttə çox haqlı sualdır və göstərilən faktlar, onların güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ olduğunu təsdiq edir. Lakin, çox təəssüf ki, bu qərarı qəbul edənlər, bu halları nəzərə almayıb, bu peşə və vəzifələrin bir çoxunun adları AR-sı Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilməyib və nəticədə hüququ olduğu halda, işçi bu hüquqlardan istifadə edə bilmir. Hesab edirəm ki, bu halda işçi öz hüquqlarını yalnız məhkəmə qərarı ilə bərpa edə bilər.
7. AR-sı Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı ilə işçinin işlədiyi peşə və vəzifə arasında fərq olarsa, lakin işçinin yerinə yetirdiyi iş və xidmətlər bu hüququ əldə etmək imkanı verərsə, işçi bu barədə də İddia ərizəsi ilə müvafiq ərazidə yerləşən məhkəməyə müraciət etməklə, hüququnun bərpa olunmasına nail ola bilər.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.