Rey Kərimoğlu xəstəxanaya yerləşdirilib - YENİLƏNİB - 2

23-02-2024, 17:06           
Rey Kərimoğlu xəstəxanaya yerləşdirilib - YENİLƏNİB - 2
Qan təzyiqindən əziyyət çəkən tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu xəstəxanaya yerləşdirilib.

Qaziler.az bildirir ki, qazi müalicə olunmaq üçün bir neçə gün xəstəxanada qalacaq.



11.51

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun qan təzyiqi yenidən yüksəlib və həkimlər ona xəstəxanada yatmağı məsləhət görüblər.

Qaziler.az bildirir ki, gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb. Evə gələn təcili yardım həkimləri onun təzyiqini normallaşdırsalar da, bir saatdan sonra qan təzyiqi yenidən qalxıb.

R.Kərimoğlu Xətai Tibb Mərkəzinə aparılıb.



10.01

Gecə tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhəti pisləşib və o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Qaziler.az bildirir ki, R.Kərimoğlunun qan təzyiqi gecə çox yüksəlib. Təcili yardım çağrılıb və jurnalist Xətai Tibb Mərkəzinə çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib.

Səhər saatlarında qazinin vəziyyəti yenidən pisləşib. Təcili tibbi yardım briqadası çağrılıb. Həkimlər onun təzyiqini normallaşdıra biliblər.

Hal-hazırda jurnalistin vəziyyəti yaxşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru