Türkiyə investisiya cəlbediciliyini necə artırıb?

20-06-2024, 11:14           
Türkiyə investisiya cəlbediciliyini necə artırıb?
Bu ilin I rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon ABŞ dolları investisiya yatırıb.

"Cebhe.info" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7 %-dən 12,1 %-ə çatıb.

Yanvar-mart aylarında Türkiyə isə Azərbaycan iqtisadiyyatına 261,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,7 % azdır.

İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,3 %-dan 17,3 %-a düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru