«Premium Bank»ın kreditlərinin böyük hissəsi – CƏMİ 4 ŞİRKƏTƏ VERİLİB

20-06-2024, 10:09           
«Premium Bank»ın kreditlərinin böyük hissəsi – CƏMİ 4 ŞİRKƏTƏ VERİLİB
«Premium Bank»ın ümumi kredit portfelinin böyük hissəsi, daha dəqiqi 76%-i cəmi 4 şirkətə verilən kreditlərdir.

FED.az xəbər verir ki, 2023-cü ilin sonuna bankın ümumi kredit portfeli 474 milyon manat olub. Bundan 385 milyon manat korporativ müştərilərə (şirkətlərə) verilən kreditlər, 89 milyon manat isə fiziki şəxs müştərilərə verilən kreditldərdir.
Yeri gəlmişkən, 2022-ci illə müqayisədə şirkətlərə verilən kreditlər 12 milyon manat azalıb, fiziki şəxslər verilən kreditlər isə 48 milyon manat artıb.

Bankın hesabatında bildirilir ki, şirkətlərə verilən 385 milyon manat kreditin 363 milyon manatı nəqliyyat sektoruna verilib.

Bu kreditlərin də böyük hissəsi – 361 milyon manatı cəmi 4 şirkətə təqdim edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru