“Bakı Fond Birjası”nın dövriyyəsi ikiqat artıb

8-08-2024, 15:04           
“Bakı Fond Birjası”nın dövriyyəsi ikiqat artıb
Bu ilin yanvar-iyul aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 23 milyard 827,201 milyon manat təşkil edib.

İndex.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 33,7 % artaraq 8 709 olub.

BFB-nin dövriyyəsinin 76,6%-i, yaxud 18 milyard 243,220 milyon manatı repo əməliyyatları üzrə əqdlərin payına düşüb. Bu, illik müqayisədə 3,7 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,5% artaraq 4 329,042 milyon manat, korporativ qiymətli kağızları üzrə əqdlərin dəyəri isə 64,8% artaraq 1 milyard 254,939 milyon manat olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru